8 Kasım 2016 Salı

Tam ədədlər

b ədədi natural sırada a-dan əvvəl gələrsə, b - a fərqi natural ədəd olmayacaq. Alınan yeni ədədlər
 -1, -2, -3 kimi işarə olunur və mənfi tam ədədlər adlamr. Natural ədədin hər birinə uyğun bir mənfi tam ədəd var. Doğrudan da, cəmi sıfıra bərabər olan ədədləri əks ədədlər adlandırsaq, natural sıranın hər bir ədədi ilə əks
olan yeni -1, -2, -3 və s. ədədlərini alırıq. Bu çoxluğu M ilə işarə edək.

M = {-1,-2,-3,-4,-5,...}

Natural ədədlər çoxluğu ilə onların əksi olan ədədlər çoxluğunun sıfırla birləşməsindən alınan çoxluğa tam ədədlər çoxluğu deyilir.

Tam ədədlər çoxluğu Z ilə işarə edilir:

Z = {...-5,-4,-3,-2,-1,0,1,2,3,4,5,...}

Tam ədədlər çoxluğu sonsuz çoxluqdur. İstənilən iki tam ədədin cəmi, fərqi, hasili tam ədəddir.

Hiç yorum yok:

Yorum Gönder